Maksimum rahat iş yerləri istehsal edirik ... Uzunömürlü modul prefabrik binalarda sürətli istehsal və quraşdırma xüsusiyyətləri və əlverişli qiymət üstünlükləri vardır.
Sürətli quraşdırılma, asan daşınma, flat pack konteynerləri. Karmod flat pack konteynerləri qaynağa ehtiyac olmayan texnologiya ilə istehsal edilərək qısa zamanda çatdırılma və quraşdırılma imkanına malikdir.
Hər hansı bir tətbiq üçün modul kabin qura bilərik. Karmodda, toplanmış təcrübələrimizi istənilən sektorda hər hansı bir iş üçün uyğun və qənaətbəxş portativ modul köşklərinin geniş çeşidlərini artırmağa həsr etdik. 
Üstün xüsusiyyətlər, mükəmməl keyfiyyət və uyğun qiymətlər. Karmod müasir prefabrik modul evlərin istehsalında Dünya pioneridir. Bizim prefabrik evlər bütün dünyada yayılmışdır və yaşayış mənzilləri, sosial mənzillər, turistik kəndlər, dağ evi, villalar, kotteclər, bungalovlar və yaşayış evləri kimi istifadə olunurlar.
Haqqımızda

Prefabrik texnologiya markası olan Karmod, dünyanı kəşf edir.


Karmod 1986-cı ildə təsis edilib və bu tarixdən etibarən dünyanın 100-dən çox ölkəsində layihələr həyata keçirən aparıcı Türk şirkətidir.

Karmod eyni zamanda fərqli ölkələrdə müxtəlif layihələr həyata keçirə biləcək yaxşı təşkil olunmuş bir şirkət olduğunu sübut etdi.

Karmod öz məhsullarını ümumi sahəsi 21,000 m² olan 3 istehsal müəssisəsində istehsal edir və tikinti layihələri ilə bərabər konteyner evler, modullu kabinlər, ümumi yaşayış məskənləri, təcili sığınacaq yerləri, istirahət obyektləri kimi fərqli tikililərin istehsalını da həyata keçirməkdədir. Karmodun böyük layihələrinə dünyanın ən böyük təbii qaz layihəsi olan (BP) Şahdəniz2 layihəsi, Nigeriyadakı BMT sülhməramlıları üçün hərbi düşərgələr, tamamlandıqdan sonra Avropanın ən böyük hava limanı olacaq 3. İstanbul hava limanı daxildir. İraqın Kut şəhərində 7 ay ərzində 1,884 mənzilin tikintisi Karmod tərəfindən həyata keçirilən böyük layihələrdən biridir.


Karmod Məhsulları:

• Modullu tikililər (tikinti sahələri, ofislər, məktəblər və səhiyyə müəssisələri, hərbi düşərgələr

• Yaşayış konteynerləri (tez yığılan konteynerlər, sanitar konteynerlər, inşaat sahələri və ofis konteynerləri)

• Modul kabinlər

• Prefabrik evlər


Karmod hansı xüsusiyyətləri ilə fərqlənir?

• Layihələri vaxtında başa çatdırmaq (istehsal prosesinin sürətliliyi və qısa müddət ərzində montaj)

• Müştəri xidmətləri

• Ətraf mühitin qorunması, sağlamlıq və əmək təhlükəsizliyi qaydalarına (SƏTƏM standartları) yüksək səviyədə əməl etmək

• İşçi məmnuniyyətinin təmin edilməsi

Əlaqə
Azadliq prospekti 192E, Bakı, Azərbaycan
sales@itechpts.az
+994 12 3101414
+994 51 2060960

Sosial şəbəkələrdə bizi izləyin

Modul Həllərin Tam Spektri İstənilən Sənaye Ehtiyacını Ödəyir

Kommersiya və İdarə Binaları
Hərbi və Müdafiə Düşərgələri
Enerji və Mədənçilik Düşərgələri
Fəhlə və Əmək Düşərgələri
Məktəblər və Sinif Otaqları
Françayzinq və Pərakəndə Satış
Xəstəxanalar və Klinikalar
Tətil Kəndləri və Qaçqın Düşərgələri
Neft və Qaz Düşərgələri
Müvəqqəti və Daimi Tikililər
Sənaye Modul Binaları
GSM Sığınacaq və Mühafizə Evləri
Foto və video materiallar iTech Group-a məxsusdur.
iTech Group 2021
Made on
Tilda