Haqqımızda

“İTECH PTS” MMC 2014-ci ildə İTECH GROUP MMC-nin tərkibində fəaliyyətə başlamışdır. İllər ərzində bir çox mürəkkəb və irihəcimli Layihələrdə subpodrat işləri yerinə yetirməklə spesifik sahələrdə peşəkarlaşmışdır.

İnformasiya texnologiyaları ilə inteqrasiya olmuş tikinti layihələrində dizayn və həll yolları, layihə idarəetmə xidmətləri, mühəndislik işləri yerinə yetirmişdir.

Bu gün “İTECH PTS” MMC kiçik orta və iri ölçülü tikinti layihələrində əsas podratçı rolunu alır və sənaye, kommersiya tikintisi ilə yanaşı mütəxəssis dəstəyi xidmətlərini də həyata keçirir. Müştərilərimizə əlavə olaraq tender sənədlərinin hazırlanması, dizayn və mühəndislik həllərini də təqdim edirik.


Vizyonumuz:

Gözləniləndən üstün bir tikinti podratçısı olmaq. Hərzaman!


Missiyamız:

Layihələri rəqabətli qiymətlərlə tender yolu ilə qazanmaq, təhlükəsiz iş şəraiti təmin etmək və məqbul müddət ərzində keyfiyyətli iş göstərmək

Lisenziya
“İTECH PTS” MMC aşağıda sadalanan bəndlər üzrə Azərbaycan Respublikası hüdudlarında “Tikintisinə icazə tələb olunan bina və qurğuların tikinti-quraşdırma işləri üçün Lisenziya”-ya malikdir
Ümumi tikinti işləri

-Torpaq işləri və Xüsusi torpaq işləri

-Beton və dəmir-beton konstruksiyaların quraşdırılması

-Metal konstruksiyaların quraşdırılması

-Ağac konstruksiyaların quraşdırılması

-Fasad işləri

-Svay işləri

-Mühəndis-kommunikasiya və şəbəkələrinin qurulması işləri

-Hidrotexniki işlər

Nəqliyyat tikintisi

-Avtomobil yolları

-Aerodromların uçuş-enmə zolaqları

-Elektrik sərnişin nəqliyyatı yolları

Sənaye obyektlərin tikintisi

-Aşırımı 24 metrədək

-Aşırımı 24 metr və daha çox

-Hündürlüyü 65 metrədək

-Hündürlüyü 65 metr və daha çox

-Tutumu 5 min nəfərədək

-Tutumu 5 min nəfər və daha çox

Mülkü obyektlərin tikintisi

-Şəxsi mülklər tikintisi və dizaynı

-Bağ evləri tikintisi və dizaynı

-Evlərin, ofislərin dəbdəbəli üsulla təmiri

AĞILLI KƏND
Bizim fəlsəfəmiz

Məqsədimiz, layihələrini icra etmək üçün seçildiyimiz zaman müştərilərimizə ''Güvənirəm'' təcrübəsini təqdim etməkdir. Layihə başlanğıcı və sonrakı prosedurlara vurğumuz, bütün proseslərimizin planlaşdırılmasında və icrasında müştəri tələblərinin prioritet olmasını təmin edir.

1
Müştərinin layihə məqsədinə cavab vermək üçün ətraflı iş planı və satınalmalar planı cədvəllərinin qurulması
2
Layihənin bütün tərəfləri ilə aydın şəkildə əlaqənin qurulması
3
Görülən işlərin keyfiyyətinə yaxından nəzarət etmək
4

Layihəni vaxtında tamamlayıb istismara vermək

Uğurlu nəticə!

Əsas fəaliyyət sahəsi olaraq mülki tikinti olmaqla, heyətimizə peşəkar inşaat mühəndisləri, keyfiyyətə nəzarət mühəndisləri, SƏTƏM müfəttişləri, usta və maliyyə və inzibati işçilər, habelə şirkətin məqsədlərinə çatmaq üçün birləşən digər təcrübəli işçilər daxildir. Dəyərlərimizi bölüşən və qiymətləndirən iş xəttimizlə əlaqəli həvəsli şəxsləri işə götürməyə və inkişaf etdirməyə həmişə çalışırıq.



Bu da uğurlu nəticəmizin sirri!

Əlaqə
Azadliq prospekti 192E, Bakı, Azərbaycan
sales@itechpts.az
+994 12 3101414
+994 51 2060960

Sosial şəbəkələrdə bizi izləyin