Xüsusi lisenziyalı istiqamət

Mühafizə və yanğın siqnalizasiya sistemləri

01 / 04

Siqnalizasiya

Tüstü, istilik və qaz (CO) detektorları ilə təhlükəni erkən mərhələdə aşkarlayan ağıllı sistemlər.

Niyə bu sistemlər

Müasir dövrdə gözlənilməz hadisələrin artdığı bir şəraitdə, istər şəhərkənarı bağ evi, istərsə də iri sənaye müəssisəsi olsun — mühafizə və yanğın siqnalizasiya sistemləri obyektlərin təhlükəsizliyinin təmin olunmasında əsas və əvəzolunmaz vasitələrdən birinə çevrilmişdir.

iTech PTS olaraq, müasir optika və elektronika texnologiyalarına əsaslanan ağıllı təhlükəsizlik sistemləri ilə fiziki mühafizəyə ehtiyacı minimuma endiririk.

Mühafizə və yanğın siqnalizasiya sistemləri
01

24/7 fasiləsiz

Sistemlər dayanmadan işləyir və hər an reaksiya verməyə hazırdır.

02

Yüksək həssaslıq

Təhlükəni erkən mərhələdə, yüksək həssaslıqla aşkarlayır.

03

Manipulyasiyaya davamlı

Müdaxiləyə qarşı qorunmuş, etibarlı arxitektura.

04

Onilliklərlə xidmət

Yüksək keyfiyyətli komponentlər və düzgün texniki qulluqla sistemlər onilliklərlə problemsiz işləyir.

Rəsmi icazə

Xüsusi lisenziya

“iTech PTS” MMC Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi tərəfindən verilmiş xüsusi lisenziyaya malikdir.

Bu lisenziya əsasında biz yanğından mühafizə sistemlərinin və vasitələrinin quraşdırılması, texniki xidməti və təmiri sahəsində fəaliyyət göstəririk.

Tərəfimizdən təqdim olunan həllər müvafiq norma və standartlara tam uyğun şəkildə həyata keçirilir.

Bütün lisenziyalar

Təklif edilən yanğın sistemləri

Siqnalizasiyadan təxliyəyə — tam dəst

Hər obyekt üçün lazım olan sistemləri layihələndirir, sertifikatlı avadanlıqla quraşdırır və xidmətini davam etdiririk. Sistemi seçin — iş prinsipini və tərkibini görün.

Yanğın siqnalizasiyası

01 — Aşkarlama

Yanğın siqnalizasiyası

Tüstü, istilik və alov detektorları, əl ilə xəbərdarlıq düymələri, səs-işıq siqnalları və mərkəzi idarəetmə paneli — yanğını ilk saniyələrdə aşkarlayan və hər kəsi xəbərdar edən sistem.

Simsiz həllərdə AJAX Fire Security və EN 54 standartlı məhsul xəttindən istifadə edirik.

Tərkibi

  • Tüstü, istilik və qaz (CO) detektorları
  • Əl ilə çağırış nöqtələri
  • Siren və səs-işıq siqnalları
  • Mərkəzi idarəetmə paneli və monitorinq

AJAX Fire Security

Simsiz, ağıllı, EN 54 sertifikatlı

Qabaqcıl texnologiyalara əsaslanan, estetik görünüşlü və ağıllı idarəetmə funksiyalarına malik yanğından mühafizə sistemi. Erkən aşkarlama, sürətli xəbərdarlıq və real vaxtda nəzarət ilə evləri, ofisləri və kommersiya obyektlərini qoruyur.

batareya ömrü
4 il
radio məsafəsi
1300 m
cihaz və aksesuar
15 + 3
real vaxtda nəzarət
24/7

Üstünlükləri

  • 01Çoxsəviyyəli deteksiya

    Tüstü, istilik və qaz (CO) — bir cihazda.

  • 02Uzunmüddətli batareya

    4 ilə qədər işləmə müddəti.

  • 03Jeweller radio protokolu

    Şifrələnmiş, 1300 m-ə qədər siqnal ötürmə.

  • 04Minimalist dizayn

    Hər interyerə uyğun estetik görünüş.

  • 05Asan inteqrasiya

    Digər AJAX təhlükəsizlik komponentləri ilə birlikdə işləyir.

  • 06Sürətli montaj

    Qısa müddətdə quraşdırma və konfiqurasiya.

EN 54 Line — tamamilə simsiz yanğın sistemi

AJAX-ın son yeniliyi olan EN 54 Line mağazalardan məktəb, xəstəxana, biznes mərkəzləri, dövlət binaları və tarixi yerlərədək müxtəlif mühitlərdə istifadəyə uyğundur. Məhsul çeşidinə 15 cihaz və 3 aksesuar daxildir.

Sistemin mərkəzində EN 54 Fire Hub Jeweller idarəetmə paneli dayanır və sensorlar, sirenlər, əl çağırış nöqtələri və siqnal ötürücüləri ilə birlikdə işləyir.

Standartlara uyğunluq

  • EN 54 Line cihazları yanğın təhlükəsizliyi standartlarına — o cümlədən EN 54-13-ə tam uyğun sertifikata malikdir.
  • EN 54 Fire Hub Jeweller və Fire ReX Jeweller eyni zamanda EN 50131 (Grade 2) — icazəsiz girişə qarşı mühafizə standartına uyğundur.
  • Yanğın, giriş təhlükəsizliyi və nəzarət kameraları tək platformada inteqrasiya olunur.
EN 54 Fire Hub — obyekt planında yerləşmə
AJAX EN 54 məhsul xətti

Mühafizə texnologiyaları

İnnovativ texnologiyaların gücü

Təqdim etdiyimiz sistemlərdə istifadə olunan sensor və xəbərdarlıq texnologiyaları yüksək dəqiqliklə çalışır.

İnfraqırmızı hərəkət detektoru, Şüşə detektoru, Optik tüstü və alov detektoru

Nöqtəyə toxunun — sensor növünü görün

Kompleks xidmət paketi

Elektron mühafizə sistemləri üzrə tam xidmətlər kompleksi:

01 / 07Obyektin ilkin təftişi və ehtiyacların təyini

Bütün layihələndirmə işləri yalnız mövcud normativlərə deyil, həm də sifarişçinin fərdi istəklərinə uyğun şəkildə — büdcə, qrafik, estetika və digər amillər nəzərə alınaraq həyata keçirilir.

Növbəti layihənizi birlikdə quraq

Layihəniz üçün təklif alın

Tender sənədləri, smeta, layihələndirmə və ya tam podrat — ehtiyacınızı yazın, mühəndislərimiz 1 iş günü ərzində qayıtsın.

Təklif sorğusu göndər