Şirkət öz məhsullarını ümumi sahəsi 21,000 m² olan 3 istehsal müəssisəsində istehsal edir və tikinti layihələri ilə bərabər konteyner evler, modullu kabinlər, ümumi yaşayış məskənləri, təcili sığınacaq yerləri, istirahət obyektləri kimi fərqli tikililərin istehsalını da həyata keçirməkdədir. Böyük layihələrinə dünyanın ən böyük təbii qaz layihəsi olan (BP) Şahdəniz2 layihəsi, Nigeriyadakı BMT sülhməramlıları üçün hərbi düşərgələr, tamamlandıqdan sonra Avropanın ən böyük hava limanı olacaq 3. İstanbul hava limanı daxildir. İraqın Kut şəhərində 7 ay ərzində 1,884 mənzilin tikintisi şirkət tərəfindən həyata keçirilən böyük layihələrdən biridir.
Məhsulları:
• Modullu tikililər (tikinti sahələri, ofislər, məktəblər və səhiyyə müəssisələri, hərbi düşərgələr
• Yaşayış konteynerləri (tez yığılan konteynerlər, sanitar konteynerlər, inşaat sahələri və ofis konteynerləri)
• Modul kabinlər
• Prefabrik evlər
Hansı xüsusiyyətləri ilə fərqlənir?
• Layihələri vaxtında başa çatdırmaq (istehsal prosesinin sürətliliyi və qısa müddət ərzində montaj)
• Müştəri xidmətləri
• Ətraf mühitin qorunması, sağlamlıq və əmək təhlükəsizliyi qaydalarına (SƏTƏM standartları) yüksək səviyədə əməl etmək
• İşçi məmnuniyyətinin təmin edilməsi
Modul Həllərin Tam Spektri İstənilən Sənaye Ehtiyacını Ödəyir